...

Fransa Hörmüz boğazında gəmiçiliyin təmin edilməsinə kömək etməyə hazırdır - Makron

Dünya xəbərləri Materials 11 Aprel 2026 22:55 (UTC +04:00)
Fransa Hörmüz boğazında gəmiçiliyin təmin edilməsinə kömək etməyə hazırdır - Makron
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransa Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin qorunmasına töhfə verməyə hazırdır.

Trend-in məlumatına görə, bu barədə Fransa prezidenti Emmanuel Makron iranlı həmkarı Məsud Pezeşkian ilə telefon danışığından sonra "X" sosial şəbəkəsində yazıb.

"İranın Hörmüz boğazında gəmiçiliyin azadlığını və təhlükəsizliyini mümkün qədər tez bərpa etməsi vacibdir və Fransa buna töhfə verməyə hazırdır", - deyə o bildirib.

Onun sözlərinə görə, İran prezidenti ilə söhbətində o, "Livanda da daxil olmaqla, atəşkəsə riayət etməyin vacibliyini" vurğulayıb. "Fransa yeganə qanuni orqan olan Livan hakimiyyətinin hərəkətlərini tam dəstəkləyir", - deyə E.Makron vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti