Bakı. Trend:
Pakistanın təklifi ilə İslamabadda keçirilən İran-ABŞ danışıqları aprelin 12-də davam edəcək.
Trend-in məlumatına görə, bu barədə "Fars" agentliyi xəbər verib.
Məlumata əsasən, əvvəlki danışıqlar mərhələsində tərəflər bəzi məsələlərdə razılığa gələ bilməyiblər. Yeni turun başlanğıcı səhərə planlaşdırılıb.
