...

İran nümayəndə heyəti danışıqlarda milli maraqları müdafiə edəcək - Pezeşkian

Dünya xəbərləri Materials 11 Aprel 2026 21:39 (UTC +04:00)
İran nümayəndə heyəti danışıqlarda milli maraqları müdafiə edəcək - Pezeşkian
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın yüksək vəzifəli nümayəndə heyəti İranın maraqlarını tam şəkildə müdafiə edir.

Trend-in məlumatına görə, bu barədə İran prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkəsində yazıb.

O, nümayəndə heyətinin bu istiqamətdə danışıqları cəsarətlə aparacağını qeyd edib.

"Pakistanda iştirak edən yüksək vəzifəli İran nümayəndə heyəti İranın maraqlarını tam şəkildə müdafiə edir və bu istiqamətdə cəsarətlə danışıqlar aparacaq. Hər halda, xalqa xidmətimiz bir dəqiqə belə dayanmayacaq və danışıqların nəticəsindən asılı olmayaraq, hökumət xalqın tərəfində olacaq", - deyə o bildirib.

Qeyd edək ki, bu gün İslamabadda Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında müzakirələr başlanıb. Müzakirələrdə İran heyətinə parlamentin sədri Məhəmməd Baqir Qalibaf və ABŞ heyətinə vitse-prezidenti Ceyms Devid Vens başçılıq edir.

Qeyd edək ki, ABŞ, İsrail və İran arasında müharibə 41 gün davam edib. Müharibə ilə əlaqədar Pakistanın vasitəçiliyi ilə tərəflər arasında iki həftəlik atəşkəs elan olunub.

Xəbər lenti

Xəbər lenti