...

Torpaq sürüşməsi nəticəsində avtomobil yolunun sıradan çıxdığı Qonaqkəndə ərzaq göndərilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 12 Aprel 2026 11:11 (UTC +04:00)
Torpaq sürüşməsi nəticəsində avtomobil yolunun sıradan çıxdığı Qonaqkəndə ərzaq göndərilib (FOTO/VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verildiyi kimi, son günlər yağan intensiv yağışlar səbəbindən Quba rayonunun Qonaqkənd kəndi istiqamətində baş vermiş torpaq sürüşməsi nəticəsində rayon mərkəzi ilə bir neçə kəndi birləşdirən avtomobil yolu sıradan çıxıb və hazırda aidiyyəti qurumlar tərəfindən alternativ yolun tikintisi istiqamətində tədbirlər görülür.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, bununla əlaqədar aprelin 11-də Quba Rayon İcra Hakimiyyətinin müraciəti əsasında 3 ton ərzaq və gündəlik tələbat malları Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının xüsusi təyinatlı avtomobilinə yüklənilərək Qonaqkənd kəndinə göndərilib.

Çətin keçidli və mürəkkəb relyefli ərazilərdən keçilərək mallar təyinat ünvanına çatdırılıb.

Xəbər lenti

Xəbər lenti