Bakı. Trend:
İsrailin baş naziri Binyamin Netanyahu Livanın cənubundakı İsrail qoşunlarının mövqelərini ziyarət edib.
Trend-in məlumatına görə, bu barədə İsrail baş nazirinin mətbuat xidməti bildirib.
Bildirilib ki, baş naziri bu səfərdə İsrailin müdafiə naziri İsrael Kats, Ordunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir və Şimal Hərbi Dairəsinin komandanı general-mayor Rafi Milo müşayiət edib.
Səfərdən sonra Netanyahu "Hizbullah" təşkilatının hərbi qanadına qarşı kampaniyanı davam etdirmək niyyətində olduğunu açıqlayıb. "Müharibə, o cümlədən bir müddət əvvəl olduğum Livandakı təhlükəsizlik zonasının daxilində davam edir", - deyə o bildirib.
