...

İranda ölən 3 375 nəfərin kimliyi müəyyən olunub – Tibbi Ekspertiza Təşkilatı

Dünya xəbərləri Materials 12 Aprel 2026 15:19 (UTC +04:00)
İranda ölən 3 375 nəfərin kimliyi müəyyən olunub – Tibbi Ekspertiza Təşkilatı
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

28 fevral -7 aprel aralığında ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları nəticəsində İranda ölən 3 375 nəfərin kimliyi İranın Tibbi Ekspertiza Təşkilatı tərəfindən müəyyənləşdirilib.

Trend-in məlumatına görə, bunu İranın Tibbi Ekspertiza Təşkilatının sədri Abbas Məscedi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, kimliyi müəyyənləşdirilənlərdən 2 875 nəfər kişi, 496 nəfər qadındır. Müharibə nəticəsində ən çox ölüm halı Tehran, Hörmüzqan və İsfahan vilayətlərində qeydə alınıb.

Məscedi əlavə edib ki, kimliyi müəyyən edilənlərdən 7 nəfəri 1 yaşdan aşağı, 255 nəfəri 1-12 yaş arası, 121 nəfəri isə 13-18 yaş arasıdır.

Təşkilat rəsmisi bildirib ki, ölənlərdən 1 761 nəfər 19-40 yaş arası, 907 nəfər 41-60 yaş arası 223 nəfər isə 61 yaşdan yuxarıdır.

“Təbii ki, İrana qarşı müharibədə ölənlərin əksəriyyəti İran vətəndaşıdır. Lakin ölənlər arasında Əfqanıstan, Suriya, Türkiyə, Pakistan, Çin, İraq və Livan vətəndaşları da var”, - deyə o qeyd edib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti