...

"Turan Tovuz" "Sumqayıt"a qalib gəlib - Premyer Liqa

İdman Materials 12 Aprel 2026 20:17 (UTC +04:00)
"Turan Tovuz" "Sumqayıt"a qalib gəlib - Premyer Liqa

Bakı. Trend:

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura yekun vurulub.

Trend xəbər verir ki, bağlanış matçı "Turan Tovuz" və "Sumqayıt" komandaları arasında oynanılıb. Tovuz şəhər stadionunda keçirilən qarşılaşma meydan sahibi komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra xallarını 52-yə çatdıran "Turan Tovuz" 3-cü pillədəki mövqeyini möhkəmlədib. "Sumqayıt" isə 32 xalla 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Karvan-Yevlax" "Kəpəz"ə 4:1, "Neftçi" "Araz-Naxçıvan"a 2:1, "İmişli" "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəlib, "Sabah" - "Zirə" (2:2) və "Şamaxı" - "Qarabağ" (0:0) oyunlarında isə qalib müəyyənləşməyib.

Xəbər lenti

Xəbər lenti