...

Ağcabədidə şadlıq sarayında ölüm hadisəsi baş verib

Hadisə Materials 12 Aprel 2026 16:55 (UTC +04:00)
Ağcabədidə şadlıq sarayında ölüm hadisəsi baş verib
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağcabədi. Trend:

Ağcabədi rayonunda şadlıq saraylarından birində ölüm hadisəsi qeydə alınıb.

Trend-in yerli müxbirinin məlumatına görə, hadisə Hindarx qəsəbəsində baş verib. Rayon sakini, 1991-ci il təvəllüdlü Nəcəfov Samir Vidadi oğlunun məclis zamanı qəfil halı pisləşib.

O, yaxınları tərəfindən Ağdam Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti