...

Bibiheybət yolunda hərəkət tam məhdudlaşdırılacaq

Cəmiyyət Materials 12 Aprel 2026 17:16 (UTC +04:00)
Bibiheybət yolunda hərəkət tam məhdudlaşdırılacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Təmir-bərpa işləri ilə bağlı Bibiheybət yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məhdudiyyət 13 aprel saat 10:00-dan 15 aprel saat 07:00-dək qüvvədə olacaq.

Göstərilən müddət ərzində sürücülər alternativ olaraq köhnə Salyan şosesindən istifadə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti