...

Salyanda yol qəzası baş verib, xəsarət alan var

Hadisə Materials 12 Aprel 2026 20:56 (UTC +04:00)
Salyanda yol qəzası baş verib, xəsarət alan var

Bakı. Trend:

Salyan rayonunda baş verən yol nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

Trend xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun Salyan rayonu Kürsəngi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı xəsarət alanlar Natəvan Adil Qızı Qardaşxanova və Nuranə Cabir Qızı Qardaşxanova Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti