...

Haitidə qədim qalanın yaxınlığında baş verən izdihamda 25 nəfər ölüb

Dünya xəbərləri Materials 13 Aprel 2026 01:07 (UTC +04:00)

Bakı. Trend:

Haiti Milli Polisi Karib ölkənin şimalındakı qədim Laferyer qalası yaxınlığında baş verən izdihamda 25 nəfərin öldüyünü bildirib.

Trend-in məlumatına görə, bu barədə Haiti polisi xəbər verib.

Məlumata əsasən, hadisə nəticəsində daha 30 nəfər yaralanıb, 12 nəfər hadisə yerində ölüb, daha 13 nəfər isə aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Xilasetmə əməliyyatı bazar günü UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş və Karib dənizindəki ən böyük tarixi abidələrdən biri hesab edilən qalanın divarları yaxınlığında davam edir.

Xəbər lenti

Xəbər lenti