Bakı. Trend:
Macarıstanın Baş naziri Viktor Orban "FİDES - Macarıstan Vətəndaş Birliyi" partiyasının parlament seçkilərində məğlub olduğunu etiraf edib.
Trend-in məlumatına görə, bu barədə V.Orban Budapeştdə tərəfdarlarının mitinqində çıxışı zamanı deyib.
O, rəqibi Tisza partiyasının lideri Péter Magyar-ı qələbə münasibətilə təbrik etdiyini bildirib.
Səslərin 50 faizindən çoxu sayıldıqdan sonra "Tİsa" ölkə parlamentində yerlərin əksəriyyətini qazanaraq "FİDES"dən xeyli irəlidədir.
"Nəticə, yekun olmasa da, aydındır. Bizim üçün nəticə ağrılı və birmənalıdır", - deyə o bildirib.
