...

"Qalatasaray" çempionluq yolunda vacib xallar itirib - Türkiyə Superliqası

İdman Materials 12 Aprel 2026 23:30 (UTC +04:00)
"Qalatasaray" çempionluq yolunda vacib xallar itirib - Türkiyə Superliqası
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Futbol üzrə Türkiyə Superliqasında XXIX turun oyunları davam edir.

Trend-in məlumatına görə, lider "Qalatasaray" bu tur öz meydanında "Kocaelispor"u qəbul edib. Rəqibi ilə 1:1 hesablı heç-heçəyə razılaşan İstanbul təmsilçisi çempionluq yolunda vacib xallar itirib.

Günün digər matçlarında "Konyaspor" "Karagümrük"ə 3:0 hesabı ilə qalib gəlib, "Göztəpə" isə evdə "Kasımpaşa" ilə bacarmayıb - 3:0.

Bu nəticələrdən sonra "Qalatasaray" 68 xalla turnir cədvəlinə başçılıq edir. Liderdən 2 xal geri qalan "Fənərbağça" 2-ci pillədə qərarlaşıb. Üçüncü sıradakı "Trabzonspor"un 64 xalı var. "Beşiktaş" isə 55 xalla 4-cü sırada yer alıb.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti