...

Britaniya Hörmüz boğazındakı ABŞ missiyasında iştirak etməyəcək

Dünya xəbərləri Materials 13 Aprel 2026 00:12 (UTC +04:00)
Britaniya Hörmüz boğazındakı ABŞ missiyasında iştirak etməyəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya Hörmüz boğazında ABŞ-nin hərbi missiyasında iştirak etməyəcək.

Trend-in məlumatına görə, bu barədə Sky News məlumat yayıb.

Bazar günü ABŞ Prezidenti Donald Tramp ABŞ və digər ölkələrin hərbi dəniz qüvvələrinin Hörmüz boğazını blokadaya alacağını açıqlayıb.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti