...

Müdafiə Nazirliyi: Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Hadisə Materials 13 Aprel 2026 09:03 (UTC +04:00)
Müdafiə Nazirliyi: Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

13-17 aprel tarixlərində Ağdərə rayonu ərazisindəki təlim mərkəzində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti