Bakı. Trend:
Müxalifətdəki "Tisa" partiyası Macarıstanda parlament seçkilərində qalib gələrək Milli Assambleyadakı (birpalatalı parlament) 199 yerdən 138-ni qazanıb.
Trend-in məlumatına görə, bu barədə Milli Seçki Bürosu xəbər verib.
Məlumata əsasən, partiya növbəti dörd il ərzində ölkənin ən yüksək qanunvericilik orqanında konstitusiya çoxluğuna sahib olacaq.
"Tisa" lideri Avropa Parlamentinin üzvü Peter Madyar may ayının əvvəlində keçiriləcək ilk parlament sessiyasında baş nazir seçiləcək. Dəqiq tarixi Macarıstan Prezidenti Tamaş Şuyok təyin edəcək. Madyar hökumət başçısı vəzifəsində sağçı mühafizəkar "FİDES - Macarıstan Vətəndaş Birliyi" partiyasının rəhbəri Viktor Orbanın yerinə gələcək.