...

ABŞ İrana məhdud hücumları bərpa etməyi nəzərdən keçirir

Dünya xəbərləri Materials 13 Aprel 2026 03:57 (UTC +04:00)
ABŞ İrana məhdud hücumları bərpa etməyi nəzərdən keçirir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp və onun müşavirləri Pakistanda İranla nəticəsiz danışıqlardan sonra İslam Respublikasına zərbələrin bərpası imkanlarını araşdırırlar.

Trend-in məlumatına görə, bu barədə "The Wall Street Journal" qəzeti xəbər verib.

Məlumata əsasən, zərbələri Tehranı güzəştə getməyə məcbur etmək üçün məhdud miqyasda bərpa oluna bilər.

Bildirilib ki, İranın tammiqyaslı bombardmanının yenidən başlaması istisna edilmir. Lakin ABŞ-nin bundan sonrakı hərəkətləri üçün bu variant daha az ehtimal olunur, çünki bu, regiondakı vəziyyəti qeyri-sabitləşdirmək və Vaşinqtonu uzunmüddətli silahlı münaqişəyə cəlb etmək riskini daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti