Bakı. Trend:
Avstraliyanın Baş naziri Entoni Albanese ABŞ və İran arasında danışıqların bərpasına çağırıb.
Trend-in məlumatına görə, bu barədə baş nazir "9News" televiziyasına müsahibəsində deyib.
"Biz də öz növbəmizdə danışıqların bərpasını dəstəkləyirik və Yaxın Şərqdə insan itkisinə və mülki infrastrukturun dağıdılmasına son qoyulmasını istəyirik", - deyə o bildirib.
Avstraliya hökumətinin başçısı həmçinin bildirib ki, Kanberra "ticarətin sürətlə bərpa olunmasını səbirsizliklə gözləyir".