...

ABŞ NATO daxilindəki kursunu "çox ciddi" şəkildə nəzərdən keçirəcək - Tramp

Dünya xəbərləri Materials 13 Aprel 2026 06:55 (UTC +04:00)
ABŞ NATO daxilindəki kursunu "çox ciddi" şəkildə nəzərdən keçirəcək - Tramp

Bakı. Trend:

ABŞ Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) daxilində öz kursunun "çox ciddi" şəkildə nəzərdən keçirilməsini planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp deyib.

"Biz NATO-ya trilyonlarla dollar xərcləyirik ki, onların Rusiyaya qarşı əslində müdafiədə durmalarına kömək etsinlər. Fikir versəniz, biz Rusiyaya qarşı müdafiədə dayanırıq. Mən uzun müddətdir ki, bunun bir az gülünc olduğunu düşünürəm. Amma biz bu fəaliyyətə trilyonlarla dollar xərcləyirik. Və düşünürəm ki, bu, çox ciddi şəkildə nəzərdən keçiriləcək", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti