...

Peru MSK seçkilər ilə bağlı bəzi seçki məntəqələrində səsvermənin müddətini uzadıb

Dünya xəbərləri Materials 13 Aprel 2026 06:24 (UTC +04:00)
Peru MSK seçkilər ilə bağlı bəzi seçki məntəqələrində səsvermənin müddətini uzadıb

Bakı. Trend:

Perunun mərkəzi seçki komissiyası kimi fəaliyyət göstərən Milli Seçki Münsiflər Heyəti 12 aprel prezident və parlament seçkilərində səs verə bilməyən vətəndaşlar üçün bəzi seçki məntəqələrinin 13 apreldə fəaliyyət göstərməsinə icazə verib.

Trend-in məlumatına görə, bu barədə Milli Seçki Münsiflər Heyətinin katibi Cessika Klavixo deyib.

"Seçki Münsiflər Heyəti Plenumu, səlahiyyətlərinə uyğun olaraq, materialların qəbul olunmadığı seçki məntəqələrində, eləcə də [ABŞ-nin] Orlando (Florida ştatı) və Paterson (Nyu-Cersi ştatl) seçki dairələrində səsvermə vaxtının 13 aprel saat 18:00-dək uzadılmasına qərar verib", - deyə o bildirib.

Qurum səsvermənin sonuna qədər ilkin səs saymalarının və exit-pollların nəticələrini dərc etməməyi tövsiyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti