...

Avstraliya Hörmüz boğazının blokadasında iştirakdan imtina edib

Dünya xəbərləri Materials 13 Aprel 2026 08:46 (UTC +04:00)
Avstraliya Hörmüz boğazının blokadasında iştirakdan imtina edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avstraliya ABŞ-nin Hörmüz boğazının blokadasında iştirak etməyi planlaşdırmır.

Trend-in məlumatına görə, bu barədə Avstraliya xarici işlər nazirinin müavini Mett Tislveyt “Sky News Australia”ya müsahibəsində bildirib.

Diplomatın sözlərinə görə, onun ölkəsi hesab edir ki, “uzunmüddətli sülhə nail olmağın və nəticədə avstraliyalılar üçün yanacaq qiymətlərini aşağı salmağın ən yaxşı yolu danışıqlardır”.

Qeyd edək ki, aprelin 12-də Prezident Donald Tramp İranla əsas razılaşmaların pozulmasından sonra ABŞ-nin Hörmüz boğazını blokadaya alacağını açıqlayıb. ABŞ lideri Hərbi Dəniz Qüvvələrinə İrana rüsum ödəyən gəmiləri beynəlxalq sularda izləməyi və saxlamağı, həmçinin ərazidəki minaları təmizləməyi tapşırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti