...

İnvestisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır – Mərkəzi Bank

İqtisadiyyat Materials 13 Aprel 2026 18:00 (UTC +04:00)
İnvestisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır – Mərkəzi Bank
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İnvestisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır.

Trend bu barədə Azərb aycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bildirilib ki, 2025-ci ilin sonuna investisiya şirkətləri üzrə məcmu kapital 55.1 milyon manat, tələb olunan kapital isə 7.4 milyon manat təşkil edib ki, bu da investisiya şirkətlərinin kifayət qədər kapital buferinə sahib olduğunu göstərir.

“İnvestisiya şirkətlərinin xalis mənfəətində azalma müşahidə olunub. Belə ki, 2025-ci il ərzində investisiya şirkətlərinin xalis mənfəəti 32% (2.5 milyon manat) azalaraq il sonuna 5.4 milyon manat olub. İnvestisiya şirkətlərinin xalis mənfəəti artan haqq və komissiya, əmək haqqı və sosial xərclər, habelə inzibati xərclər fonunda azalıb”, - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti