Bakı. Trend:
Ukrayna Avropa tərəfdaşları ilə birlikdə hava hücumundan müdafiə (HHM) sisteminin yaradılması üzrə danışıqlara hazırlaşır.
Trend xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Prezident Ofisinə istinadən məlumat yayıb.
"Artıq bu həftə avropalı tərəfdaşlarımızla görüşümüz olacaq. Səmanın birgə müdafiə sisteminin qurulması məsələsi müzakirə ediləcək", - deyə o bildirib.
Zelenski vurğulayıb ki, Ukraynanın Avropanın təhlükəsizlik sisteminə inteqrasiyası strateji seçimdir.
Onun sözlərinə görə, Ukrayna hava təhdidlərinə, xüsusilə kamikadze dronlarına qarşı mübarizədə böyük təcrübə toplayıb və bu sahədə əldə olunan nailiyyətləri tərəfdaşları ilə bölüşməyə hazırdır.