...

Böyük Mərdəkan qəsrinin bəzi hissələrində çökmə baş verib

Hadisə Materials 13 Aprel 2026 17:53 (UTC +04:00)
Böyük Mərdəkan qəsrinin bəzi hissələrində çökmə baş verib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Böyük Mərdəkan qəsrinin dam hissəsində və mərtəbələrarası döşəmə qatlarında çökmə halı baş verib.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Trend-ə verilən məlumata görə, hadisəyə səbəb son günlərdə müşahidə edilən olunan intensiv yağışların təsiri olub.

Məlumata görə, Böyük Mərdəkan qəsrinin dam hissəsində və mərtəbələrarası döşəmə qatlarında çökmə halları 12 aprel tarixində qeydə alınıb.

Hadisə ilə əlaqədar əraziyə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb.

Dam hissəsinin və daşıyıcı konstruksiyaların vəziyyəti qiymətləndirilərək müvafiq tədbirlərin görülməsi nəzərdə tututlub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti