...

Sumqayıtda dəm qazından zəhərlənən uşaqların vəziyyəti açıqlanıb

Cəmiyyət Materials 13 Aprel 2026 10:29 (UTC +04:00)
Sumqayıtda dəm qazından zəhərlənən uşaqların vəziyyəti açıqlanıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıtda dəm qazından zəhərlənən uşaqların hazırk vəziyyəti açıqlanıb.

TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 2 nəfərin müalicəsi Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında davam etdirilir.

Məlumata görə, dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən pasiyentlərin vəziyyəti stabil qiymətləndirilir.

"Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicəsi davam etdirilən və meninqoensofalit diaqnozu təyin edilən 1 nəfərin vəziyyəti isə ağır stabil olaraq qalır", - əlavə edilib.

Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi 70 ünvanında yaşayan ailənin altı üzvü dəm qazından zəhərlənib. Dəm qazından zəhərlənən altı uşaqdan biri aprelin 4-də xəstəxanada ölüb.

Zəhərlənən uşaqların atası ölən övladının dəfni zamanı "TikTok"da canlı yayım açıb. O, cənazə ilə canlı yayımı sosial şəbəkələrdə yaydığı üçün uşaqlar dövlət qurumları tərəfindən nəzarətə götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti