Bakı. Trend:
Türkiyədə məşhurlara qarşı narkotik vasitələrlə bağlı istintaq çərçivəsində İstanbulda növbəti əməliyyat keçirilib.
Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Son əməliyyat başlıca olaraq sosial şəbəkə fenomenlərinə yönəlib.
İstifadə məqsədilə narkotik və ya psixotrop maddə almaq, qəbul etmək və ya saxlamaq, fahişəliyə sövq etmə və ya vasitəçilik etmə və narkotik və ya psixotrop maddə istifadəsinin təşviqi cinayətlərində şübhəli bilinən 19 nəfər saxlanılıb.
İstintaq zamanı 17 nəfər saxlanılıb. Saxlanılanlar arasında Samet D., Özlem Parlu, Oğuz S., Elif Karaarslan, Ali Yaşar Koz, Cansel Ayanoğlu, Aleyna B., Büşranur Ç., Özgür G., Fikret A., Lena Ahsen Alkan, İrem Ş., Mustafa E.Ç., Mustafa Aksakallı, Cem Mirap, Gizem Melisa A. və Deniz M.Y. yer alır.
Daha sonra əlavə 2 şübhəli də saxlanılıb. Beləliklə, saxlanılanların sayı 19-a yüksəlib.
Barəsində saxlanılma qərarı çıxarılan aktyor İlker İnanoğlu və müğənni Cem Adrianın isə xaricdə olduqları müəyyən edilib.
