Bakı. Trend:
İranla əlaqəli iki tanker ABŞ-nin vəd etdiyi blokadadan az əvvəl Hörmüz boğazı vasitəsilə Fars körfəzindən çıxıb.
Trend xəbər verir ki, bu barədə “The National” nəşri məlumat yayıb.
Nəşr gəmi izləmə xidmətləri “Kpler” və LSEG-in məlumatlarına istinadən yazır ki,tankerlər bazar ertəsi ABŞ tərəfindən İran limanları və sahil ərazilərinin planlaşdırılan blokadası ərəfəsində Hörmüz boğazı vasitəsilə Fars körfəzindən çıxıb.
“Kpler” məlumatlarına əsasən, “Aurora” tankeri İran mənşəli neft məhsulları daşıyır. “New Future” tankeri isə BƏƏ-nin Hamriyyə limanında dizel yanacağı ilə yüklənib.
Bundan əvvəl ABŞ-nin Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib ki, Hörmüz boğazının blokadası bazar ertəsi ABŞ-nin Şərq sahili vaxtı ilə saat 10:00-da (Bakı vaxtı 18:00) başlayacaq. Komandanlıq bildirib ki, ABŞ qüvvələri boğazdan qeyri-İran limanlarına və əks istiqamətdə hərəkət edən tankerlər üçün gəmiçiliyin sərbəstliyinə mane olmayacaq.
