...

Ötən ay neçə nəfər yaşa görə aylıq sosial müavinət alıb?

Cəmiyyət Materials 13 Aprel 2026 18:47 (UTC +04:00)
Ötən ay neçə nəfər yaşa görə aylıq sosial müavinət alıb?
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Martda yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb.

Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Məlumata görə, 2026-cı ilin mart ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 172 359 nəfər olub. Onların 37,9%-ni kişilər, 62,1%-ni isə qadınlar təşkil edib.

Qeyd edək ki, yaşa görə ödənilən aylıq sosial müavinətin məbləği 220 manatdır. Bu müavinət rəsmi gəliri və ya iş yeri olmayan şəxslərə dövlət büdcəsi hesabına ödənilir.

Xatırladaq ki, ötən ilin mart ayında Azərbaycanda yaşa görə aylıq sosial müavinət alanların sayı 161 623 nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti