Bakı. Trend:
Kəlbəcər Dağ Turizm Mərkəzinin yaradılması üzrə növbəti mərhələdə işlərə başlanılır.
Trend xəbər verir ki, Dövlət Turizm Agentliyi artıq bununla bağlı müvafiq işlərə start verib.
Məlumata əsasən, Kəlbəcər Dağ Turizm Mərkəzinin yaradılması üzrə baş planının hazırlanması üçün 2-ci faza üzrə işlər aparılacaq.
Belə ki, agentlik artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb və sözügedən işlərin icrası ilə bağlı “Neugest 1957 SLU” şirkəti ilə 247,5 min manat dəyərində müqavilə bağlayıb.
Bir müddət əvvəl isə agentlik baş planın hazırlanması üçün 1-ci faza üzrə xidmətlərin göstərilməsi ilə bağlı “Neugest 1957 SLU” şirkəti ilə 396.280 manat dəyərində müqavilə bağlamışdı.
