...

Ötən həftə baş verən hadisələrdə 9 nəfər ölüb

Hadisə Materials 13 Aprel 2026 10:27 (UTC +04:00)
Ötən həftə baş verən hadisələrdə 9 nəfər ölüb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Ötən həftə baş verən hadisələr nəticəsində 9 nəfər həyatını itirib.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, ötən həftə ərzində 20-si azyaşlı olmaqla 46 nəfər xilas edilib, 3 nəfər xəsarət alıb, hadisələr nəticəsində 9 nəfər həyatını itirib.

Məlumata görə, ötən həftə ərzində 179 yanğına çıxış, 41 halda köməksiz vəziyyətdə qalma, 2 avtonəqliyyat qəzası və intensiv yağışlarla əlaqədar qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti