Bakı. Trend:
Azərbaycanda restrukturizasiya olunmuş portfeldə azalma müşahidə olunur.
Trend Mərkəzi Banka isitnadən xəbər verir ki, 2025-ci il ərzində restrukturizasiya olunmuş portfelin həcmi 14% (154 milyon manat) azalaraq 0.95 milyard manat olub.
“Azalma əsasən biznes portfeli (290 milyon manat) üzrə olub. İstehlak portfeli üzrə isə restrukturizasiya edilmiş kreditlərdə artım (135 milyon manat) müşahidə edilsə də, ipoteka portfeli üzrə restrukturizasiya edilmiş kreditlərdə ciddi dəyişiklik baş verməyib”, - paylaşımda qeyd edilib.
Əlavə edək ki, restrukturizasiya olunmuş portfel dedikdə krediti ödəməkdə çətinlik çəkən müştəriyə bankın yeni, daha rahat şərtlər təklif etməsi nəzərdə tutulur.
