...

Azərbaycanın təkrarsığorta bazarı kiçilib

İqtisadiyyat Materials 13 Aprel 2026 17:55 (UTC +04:00)
Azərbaycanın təkrarsığorta bazarı kiçilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Təkrarsığortaya ötürülən müqavilələr üzrə hesablanmış təkrarsığorta haqlarının (TSH) sığorta haqlarında payı aşağı olaraq qalmaqdadır. 2025-ci il ərzində təkrarsığortaya ötürülən təkrarsığorta haqları ötən ilin müvafiq dövrünə nisbətdə 12% (19 milyon manat) azalaraq 135 milyon manat olub.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bildirilib ki, ötürülən təkrarsığorta haqlarının sığorta haqlarında payı 8.4% təşkil edib.

“Ötürülən təkrarsığorta haqlarının 4.7%-i (6.3 milyon manat) həyat sığorta sinifləri, 95.3%-i isə (128.8 milyon manat) qeyrihəyat sığorta siniflərinin payına düşür. Həyat sığorta sahəsi üzrə ötürülən təkrarsığorta haqları həyat sığorta sahəsi üzrə yığılmış sığorta haqlarının 0.97%-i, qeyri-həyat sığorta sahəsi üzrə ötürülən təkrarsığorta haqları isə qeyrihəyat sığorta sahəsi üzrə yığılmış sığorta haqlarının 15.1%-i təşkil edib”, - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti