...

Ötən həftə nə qədər ərazi minalardan təmizlənib?

Cəmiyyət Materials 13 Aprel 2026 11:48 (UTC +04:00)
Ötən həftə nə qədər ərazi minalardan təmizlənib?
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Aprelin 6-dan 12-dək işğaldan azad edilmiş ərazilərdə 47 tank əleyhinə mina, 144 piyada əleyhinə mina, 1 661 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Həmçinin 2052,5 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatları Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti