...

Sığorta sektorunun kapital mövqeyi prudensial tələbləri üstələyir

İqtisadiyyat Materials 13 Aprel 2026 18:08 (UTC +04:00)
Sığorta sektorunun kapital mövqeyi prudensial tələbləri üstələyir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Sığorta sektorunun kapital mövqeyi prudensial tələbləri üstələyir.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bildirilib ki, 2025-ci ilin sonunda sığorta sektorunun məcmu kapitalı ötən ilin sonuna nisbətdə 1 milyon manat artaraq 381 milyon manat, tələb olunan kapital 1 milyon manat artaraq 205 milyon manat olub.

Eyni zamanda qeyd edilib ki, sığorta sektoru mənfəətlə fəaliyyət göstərsə də, sektorun mənfəətliliyi ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb: “2024-ci ilin müvafiq dövrü ilə müqayisədə 2025-cü ildə sığorta sektorunun xalis mənfəəti 4% (7 milyon manat) azalaraq 166 milyon manat olub. Hesabat dövrü ərzində qeyri-həyat sığorta şirkətləri üzrə mənfəətlilik 7 milyon manat azalaraq 86 milyon manat, mənfəətlilik isə 1 milyon manat azalaraq 79 milyon manat olub”.

Vurğulanıb ki, sığorta sektorunun zərərlilik dərəcəsi 1 faiz bəndi artıb.

“2025-ci ildə ötən ilin müvafiq dövrünə nəzərən sığorta sektorunun zərərlilik dərəcəsi 1 faiz bəndi artaraq 86% olub. Belə ki, bazar payı 21% olan tibbi sığorta üzrə zərər əmsalı 4 faiz bəndi azalaraq 80%, xərc əmsalı 3 faiz bəndi artaraq 25%, yekun zərərlilik dərəcəsi isə 1 faiz bəndi azalaraq 105% olub.

Yüksək bazar payına sahib bir neçə sığorta siniflərində zərərlilik dərəcəsinin artması sığorta sektorunun zərərlilik dərəcəsinin artmasına təsir edib. Belə ki, bazar payı 27% olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərər əmsalı 11 faiz bəndi artaraq 85%, xərc əmsalı 2 faiz bəndi azalaraq 28%, yekun zərərlilik dərəcəsi isə 10 faiz bəndi artaraq 113%, bazar payı 11% olan avtonəqliyyat vasitələrinin sığortası üzrə zərər əmsalı 4 faiz bəndi artaraq 52%, xərc əmsalı 1 faiz bəndi azalaraq 34%, yekun zərərlilik dərəcəsi isə 3 faiz bəndi artaraq 86% olub”, - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti