...

Xəzər dənizində çirklənmə səviyyəsi araşdırılır

Gündəm Materials 13 Aprel 2026 19:09 (UTC +04:00)
Xəzər dənizində çirklənmə səviyyəsi araşdırılır
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Xəzər dənizində çirkləndirici maddələrin miqdarı müəyyən ediləcək.

Bu barədə Trend-ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumat verilib.

Bildirilib ki, ADSEA və DİN əməkdaşları tərəfindən dənizin sahildən təxminən 3 kilometr uzaqlığında monitorinq aparılıb. Yoxlama zamanı suyun ilkin keyfiyyəti yerində qiymətləndirilib.

Həmçinin, dənizdən götürülən su nümunələri laboratoriyaya göndərilib. Burada suyun tərkibindəki çirkləndirici maddələrin miqdarı araşdırılacaq.

Araşdırmanın nəticələrinə əsasən dənizin ekoloji vəziyyəti qiymətləndiriləcək. Əgər pozuntular aşkar edilərsə, məsul şəxslər barəsində qanuni tədbirlər görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti