...

Türkiyə Hörmüzün güc yolu ilə açılmasına qarşıdır - Hakan Fidan

Dünya xəbərləri Materials 13 Aprel 2026 13:03 (UTC +04:00)
Türkiyə Hörmüzün güc yolu ilə açılmasına qarşıdır - Hakan Fidan
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ankara Hörmüz boğazının güc tətbiq olunmadan, diplomatik vasitələrlə açılmasının vacib olduğunu hesab edir.

Trend xarici mediaya istinadən xəbər verir ki, belə bir bəyanatla Türkiyənin xarici işlər naziri Hakan Fidan çıxış edib.

“Hörmüz boğazının açılması məsələsində bizim mövqeyimiz ondan ibarətdir ki, o, sülh yolu ilə, diplomatik vasitələrlə açılmalıdır”,- deyə türkiyəli ali diplomat vurğulayıb.

“Hörmüz boğazı bundan sonra necə idarə olunacaq? Bütün dünya bu sualın cavabını gözləyir. İranlılar atəşkəsin bir hissəsi kimi Hörmüzlə bağlı müəyyən tələblər irəli sürürlər. Mənim gördüyümə görə, sərbəst keçidlə bağlı problem olmayacaq.

Fransızların və ingilislərin təklif etdiyi modellər var. “Müharibədə atəşkəs olub-olmamasından asılı olmayaraq, ölkələrin razılaşmasını gözləyəcək vəziyyətdə deyilik” yanaşması mövcuddur. Digər tərəfdən isə “ölkələr danışıqlar aparır” yanaşması da var. Boğazın açıq saxlanılması və İranla müharibə vəziyyətində olma (ssenarisi) də mövcuddur. Ölkələr bu müharibəyə qoşulmaq istəmir”,- deyə o bildirib.

Fidanın sözlərinə görə, Hörmüzün bağlanmasının dolayı təsirlərini artıq Türkiyədə də hiss etməyə başlayıb.

“Bu, uzunmüddətli perspektivdə iqtisadiyyatın yükünü əhəmiyyətli dərəcədə artırmış olur”,- deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti