...

Uqandanın müdafiə naziri Türkiyənin ən gözəl qadını ilə evlənmək istəyir

Dünya xəbərləri Materials 13 Aprel 2026 13:52 (UTC +04:00)
Uqandanın müdafiə naziri Türkiyənin ən gözəl qadını ilə evlənmək istəyir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Uqanda ordusunun baş komandanı Muhuzi Kayneruqaba Türkiyəyə qeyri adi bir müraciət edib.

Trend xarici mediaya istinadən xəbər verir ki, o, öz “X” səhifəsində Türkiyədən bir milyard dollar və ailə qurmaq üçün ölkənin ən gözəl qadınını istədiyini bildirib.

General bu paylaşımı aprelin 11-də etsə də, sonrada onu silib. Buna baxmayaraq mesajın surəti sosial şəbəkənin arxivində qalıb.

Uqandalı general həmin gün başqa qəribə yazılar da paylaşıb. O, nüvə silahı olan ölkələrdən, eyni zamanda Rusiyadan qorxduğunu yazmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti