...

Blokadanı pozan gəmilər ələ keçiriləcək– ABŞ Mərkəzi Komandanlığı

Dünya xəbərləri Materials 13 Aprel 2026 17:26 (UTC +04:00)
Blokadanı pozan gəmilər ələ keçiriləcək– ABŞ Mərkəzi Komandanlığı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Blokada ərazisinə daxil olan gəmilər saxlanıla və ələ keçirilə bilər.

Trend xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTOM) bildirişində qeyd olunur.

Blokada zonası Oman körfəzi və Ərəb dənizi – Hörmüz boğazının şərqindəki dəniz ərazilərini ehtiva edir və hansı bayraq altında üzməsindən asılı olmayaraq bütün gəmilərə şamil olunur.

“İcazə olmadan blokadaya alınmış əraziyə daxil olan və ya oradan çıxan hər hansı gəmi saxlanıla, istiqaməti dəyişdirilə və ələ keçirilə bilər”, – bildirişdə vurğulanır.

Məlumata görə, blokada Hörmüz boğazından İranla bağlı olmayan istiqamətlərə və ya həmin istiqamətlərdən həyata keçirilən neytral tranzit keçidinə mane olmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti