...

Ülviyyə İlyasova barəsində çıxarılmış hökm dəyişdirildi

Gündəm Materials 13 Aprel 2026 16:16 (UTC +04:00)
Ülviyyə İlyasova barəsində çıxarılmış hökm dəyişdirildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Bakıda qaynı arvadını estetik əməliyyat edərək ölümünə səbəb olmaqda ittiham edilən həkim Ülviyyə İlyasovanın barəsində olan qərarla bağlı növbəti məhkəmə prosesi keçirilib.

Trend xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, təqsirləndirilən şəxs barəsində çıxarılmış hökm dəyişdirilib və 3 il 9 ay müddətə azadlıqdan məhrumetmə cəzası verilib.

Ona Amnistiya aktı şamil edilib. Cəzası 6 ay azaldılıb.

Bildirək ki, ötən prosesdə Ülviyyə İlyasovanın barəsində seçilmiş polis nəzarətində olma qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəzlənilməsi ilə bağlı qərar çıxarılıb. Ülviyyə İlyasova məhkəmə zalında həbs olunub.

Xatırladaq ki, ötən il aprelin 16-da 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın cərrahi əməliyyatdan sonra ölməsi faktı üzrə cinayət işi başlanıb. Müəyyən olunub ki, “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasova aprelin 15-də qaynı arvadı Səbirə Vəliyevanın üzərinə liposaksiya əməliyyatı icra edib, daha sonra yaşadığı evə apararaq həkim nəzarətindən kənar saxlayıb.

Növbəti gün Səbirə Vəliyeva kəskin qanaxmadan həyatını itirib.

Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələri ilə ittiham elan edilib. Barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti