...

“PAŞA Bank" investorlarına minimum 30-40% dividend vəd edir

İqtisadiyyat Materials 13 Aprel 2026 10:36 (UTC +04:00)
“PAŞA Bank" investorlarına minimum 30-40% dividend vəd edir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“PAŞA Bank” investorlarına hər il minimum 30-40% dividend ödəməyi planlaşdırır.

Trend xəbər verir ki, bunu bankın idarə heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov səhmlərin satışının başlanmasına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, dividend ödənişi səhmdarların qərarından asılı olsa da, bank minimum 30-40% səviyyəsində ödənişləri hədəfləyir:

“Son 2-3 ildə təxminən 60% ətrafında dividend ödənişi etmişik. Səhmdarlara sözümüz minimum 30-40%-dir”.

M.Süleymanov əlavə edib ki, növbəti dividend ödənişlərinin bu ilin iyun-iyul aylarında həyata keçirilməsi gözlənilir.

Qeyd edək ki, "PAŞA Bank" İlkin Kütləvi Təklif (IPO) çərçivəsində səhmlərinin abunə yazılışına bu gün saat 11:00-dan etibarən start verəcək. Bununla da səhmlər artıq hər kəs üçün açıq olacaq. Abunə yazılışı 13 aprel-12 may 2026-cı il tarixlərində davam edəcək. Bank kapitalının 5%-ni təşkil edən 932,926 ədəd adi, adlı səhm investorlara təqdim olunur. Səhmin ilkin yerləşdirmə qiyməti 55 AZN olaraq müəyyən edilib, minimal alış | səhmdir və maksimum limit tətbiq edilmir. Abunə dövründə əvvəlcədən ödənilmiş məbləğlərə illik 5% faiz gəliri hesablanır. Səhmlərin yerləşdirilməsi Bakı Fond Birjası vasitəsilə həyata keçirilir.

İnvestorlar "PAŞA Bank", "Birbank Invest", həmçinin əsas anderrayter "PAŞA Kapital", "ABB Invest", "Unicapital" və "Leobank" platformaları və mobil tətbiqləri vasitəsilə IPO-da iştirak edə bilərlər. Fiziki olaraq isə proses "PAŞA Bank", "Kapital Bank" və "Unibank" filiallarında, eləcə də "PAŞA Kapital" ofisində mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti