...

Ağsuda su boruları oğurlanıb (VİDEO)

Hadisə Materials 13 Aprel 2026 12:34 (UTC +04:00)
Ağsuda su boruları oğurlanıb (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Ağsuda oğurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, rayon ərazisində 120 metr uzunluğunda iri diametrli su boru kəməri naməlum şəxs tərəfindən talanıb.

Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş 41 yaşlı Namiq Haxverdiyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, N.Haxverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti