Bakı. Trend:
“ChatGPT” süni intellekt çat-botunun yardıcısı olan “OpenAI” şirkətinin rəhbəri Sem Altmanın San-Fransisko (ABŞ) şəhərində yerləşən evi ötən həftə ərzində - 10 və 11 aprel tarixlərində iki dəfə hücuma məruz qalıb.
Trend xəbər verir ki, bu barədə “The San Francisco Standard” yazır.
Məlumata görə, aprelin 12-də yerli vaxtla 01:40-da (Bakı vaxtı ilə 12:40) iki naməlum şəxs Altmanın evinə avtomobillə yaxınlaşıb və binaya atəş açaraq hadisə yerini tərk ediblər. Sonrada polis onları saxlayaraq, cinayətkarlardan 3 odlu silah müsadirə edib.
Bundan əvvəl, aprelin 10-da isə hüquq mühafizə orqanları əməkdaşları Altmanın evinə molotov kokteyli atmış və şirkət qərargahının əməkdaşlarını təhdid edən bir kişini saxlamışdı.
