Bakı. Trend:
Xəzər dənizində zəlzələ baş verib.
Bu barədə Trend-ə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 03:03-də qeydə alınan zəlzələnin maqnitudası 3,2 olub.
Zəlzələnin ocağı 29 kilometr dərinlikdə yerləşib.
