...

"Xalq Bank" I rübün yekunlarını açıqladı

Maliyyə Materials 14 Aprel 2026 11:05 (UTC +04:00)
"Xalq Bank" I rübün yekunlarını açıqladı

Bakı. Trend:

Ölkənin ən böyük özəl banklarından biri olan "Xalq Bank" 2026-cı ilin I rübünün maliyyə göstəricilərini açıqladı.

Hesabat dövrünün sonuna bankın aktivləri 3,021 mlrd manat təşkil etmişdir. Qeyd olunan tarixə bankın kredit portfelinin həcmi (digər maliyyə institutları daxil) 1,880 mlrd manat, depozitlərin həcmi ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 9.7 % artaraq 2.075 mlrd manat təşkil etmişdir.

2026-cı ilin I rübünün sonuna bankın cəmi kapitalı ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 6.1 % artaraq 550,7 mln manat, xalis mənfəəti 9,4 mln manat təşkil etmişdir.

Xəbər lenti

Xəbər lenti