...

Azərbaycanda qadın fermerlərin sayı açıqlanıb

İqtisadiyyat Materials 14 Aprel 2026 09:46 (UTC +04:00)
Azərbaycanda qadın fermerlərin sayı açıqlanıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda 80 min qadın fermer var. Bu qədər qadın da torpaq istifadəçisidir.

Trend xəbər verir ki, bunu Azərbaycan Kənd Qadınları Assosiasiyasınin sədri Gülbəniz Qənbərova bu gün Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) təşkilatçılığı ilə keçirilən “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışında bildirib.

Onun sözlərinə gorə, bəzi hallarda hüquqdan daha çox haqq məsələsi problemi yaranır:

"Məsələn, yaylağa mal-qara aparan qadınlar üçün əlverişli yerlərin əldə edilməsi, suvarma suyunun cədvəlləşdirilməsi zamanı əksər fermerlərin suvarma vaxtının gündüz saatlarına düşməsi kimi məsələlər mövcuddur.

Biznesin qeydiyyatının sadələşdirilməsi, elektron xidmətlərin genişləndirilməsi, qadınların maliyyə resurslarına çıxışının təmin olunması qarşıda duran əsas məqsədlərdir. Təsərrüfatda çalışan qadınlar tamhüquqlu iqtisadi subyekt kimi iştirak etməlidirlər".

Gülbəniz Qənbərova kəndlərdə kollektiv qadın bizneslərinə də diqqət çəkib. O bildirib ki, regionlarda kollektiv qadın biznesləri geniş vüsət alır:

"Bu model çərçivəsində qadınlar birgə fəaliyyət göstərərək daha çox istehsal edir, satış həyata keçirir və gəlir əldə edirlər. Öz bizneslərini böyütdükcə kənddə yaşayan digər qadınları da işlə təmin edirlər. İndiyədək 780 qadın bu model əsasında özünü məşğulluqla təmin edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti