...

Zığ yolunda ağır qəza: Ölənlər var

Hadisə Materials 14 Aprel 2026 09:57 (UTC +04:00)
Zığ yolunda ağır qəza: Ölənlər var
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Paytaxtın Zığ-Beton yolu istiqamətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, Elmir Qubadovun idarə etdiyi “Toyota Corolla” markalı minik avtomobili yol kənarında dayanmış vəziyyətdə olan “Hyundai” markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində sərnişinlər Elvin Əsgərov və Samir Məmmədov hadisə yerində ölüblər.

Digər sərnişinlər – Azad Əhmədov, Gülşən Məmmədova və sürücü E.Qubadov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Rayon Polis İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti