...

Azərbaycanla Dünya İqtisadi Forumu arasında əməkdaşlıq planı müzakirə edilib

İqtisadiyyat Materials 14 Aprel 2026 10:19 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Dünya İqtisadi Forumu (DİF) arasında yeni əməkdaşlıq planı müzakirə edilib.

Trend bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinə (4SİM) istinadən xəbər verir.

Belə ki, 4SİM-in icraçı direktoru Fariz Cəfərov və Dünya İqtisadi Forumunun (DİF) Qabaqcıl Texnologiyalar və İnnovasiya Mərkəzinin Strateji təsir üzrə rəhbəri Manju Corc arasında keçirilən görüşdə 2026-cı il üzrə əməkdaşlıq planı müzakirə edilib.

Tərəflər əməkdaşlıq planı çərçivəsində prioritet istiqamətlər üzrə fikir mübadiləsi aparıblar. Xüsusilə, sənaye klasterlərinin transformasiyası və enerji sektorunda süni intellekt tətbiqləri, Strateji İntellekt platforması, Qlobal mayak şəbəkəsi, “TradeTech”, “GovTech” və Süni İntellekt İdarəetmə Alyansı kimi qlobal təşəbbüslər üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşdə 4Sİ Azərbaycan mərkəzinin DİF-in ən aktiv 3 mərkəzindən biri olduğu qeyd olunub. Həmçinin DİF-in 4Sİ Mərkəzləri şəbəkəsi ilə əməkdaşlığın gücləndirilməsi, birgə tədbirlərin təşkili və Azərbaycanın 4-cü Sənaye İnqilabı üzrə qlobal təşəbbüslərdə iştirakının genişləndirilməsi perspektivləri nəzərdən keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti