Bakı.Trend:
Abşeron rayonu Masazır qəsəbəsində bir qrup gəncin motosikletlə qaydaları kobud şəkildə pozması görüntüəri sosial şəbəkələrdə yayılıb.
Məsələ ilə bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə bildirilib ki, sözügedən görüntülər araşdırılır. Qurum bir daha motosiklet sürücülərinə müraciət edərək yol hərəkəti qaydalarına ciddi əməl etməyə, xüsusilə də təhlükəsizlik üçün motodəbilqə və digər qoruyucu vasitələrdən istifadə etməyə çağırıb.
Hadisəni əks etdirən görüntülər:
