...

ABŞ ilin əvvəlindən bəri təxminən 150 milyon barel Venesuela nefti satıb

Dünya xəbərləri Materials 14 Aprel 2026 08:55 (UTC +04:00)
ABŞ ilin əvvəlindən bəri təxminən 150 milyon barel Venesuela nefti satıb

Bakı. Trend:

Birləşmiş Ştatlar administrasiyası 2026-cı ilin yanvar ayından etibarən təxminən 150 milyon barel Venesuela mənşəli neftin satışını həyata keçirib.

Trend xəbər verir ki, bunu ABŞ-nin energetika naziri Kris Rayt "Semafor" nəşrinin təşkil etdiyi konfransda çıxışı zamanı deyib.

"Yuvarlaq rəqəmlərlə ifadə etsək, yanvarın 3-dən indiyədək təxminən 150 milyon barel Venesuela nefti satılıb. Ola bilsin ki, bir qədər çoxdur, amma ümumilikdə bu həcmdədir", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti