Bakı.Trend:
Türkiyənin Şanlıurfa və Kahramanmaraş vilayətlərində məktəblərə edilən silahlı hücumlarla bağlı 80-dən çox insan saxlanılıb.
Trend bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Şanlıurfa və Kahramanmaraşda baş verən məktəb hücumları ilə bağlı aparılan istintaq çərçivəsində ümumilikdə 83 nəfər nəfər barəsində saxlanılma qərarı verilib. 940 sosial şəbəkə hesabına giriş məhdudlaşdırılıb, 93 “Telegram” qrupu bağlanıb.
Barələrində həbs orderi verilən şəxslərin cinayəti və cinayətkarı tərifləyən paylaşımlar etdiyi, həmçinin ictimai asayişi hədəf alan məzmunlar yaydığı müəyyən edilib.
Şübhəli şəxslər barədə hüquqi tədbirlərin başlandığı qeyd olunub, eyni zamanda rəqəmsal mühitdə nəzarətin sərt şəkildə davam etdirildiyi vurğulanıb.
Qeyd edək ki, Şanlıurfa və Kahramanmaraşda məktəb hücumları 14 və 15 aprel tarixlərində ardıcıl şəkildə baş verib. Şanlıurfanın Siverek rayonunda hücum nəticəsində 16 nəfər yaralanıb, hücumçu isə hadisədən sonra intihar edib.
Ertəsi gün Kahramanmaraşda orta məktəbdə baş verən hücumda cinayətkar şagird daxil olmaqla 10 nəfər (1 müəllim və 8 şagird) həlak olub, 13 nəfər yaralanıb. Hücumçu hadisədən sonra özünü öldürüb
